• Bakı 21° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

“Qarabağdakı separatçılar təxribata hazırlaşırlar”- AÇIQLAMA

SİYASƏT

01 Iyun 2023 | 12:22

“Qarabağdakı separatçılar təxribata hazırlaşırlar”- AÇIQLAMA

“Qarabağdakı separatçıların silahlandırılmasını əsasən Rusiya həyata keçirir və prosesin mərkəzində Moskva dayanır. Konkret olaraq Rusiya çalışır ki, oradakı ermənilər Azərbaycana inteqrasiya olunmasın”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Rusiya sülh prosesini sabotaj etməyə çalışır: “Ruben Vardanyan da Azərbaycana qarşı müharibə bəyanatları ilə çıxış edir, hədələyici tonda açıqlamalar verir. Cənab prezident İlham Əliyevin Laçında ultimatum verməsi və amnistiya elan etməsi onlara dərs olmadı. Separatçılar bundan dərs çıxarmaq əvəzinə, daha da qızışdırıcı mövqe tutmağa çalışırlar”.

Müsahibimiz qeyd edib ki, Qarabağdakı separatçılar təxribata hazırlaşırlar: “Burada da əsas rolu Rusiya oynayır. Rusiya çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasın. Əsas plan bundan ibarətdir”.

“İstənilən halda Azərbaycan bütün mövqelərə hakimdir və təxribatlara lazımi səviyyədə və öldürücü şəkildə cavab verəcək”, - deyə Məhəmməd Əsədullazadə vurğulayıb.

Cavad


SON XƏBƏRLƏR