• Bakı 17° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

"Qarabağ"ın sabiq futbolçusu istefa verdi

İDMAN

06 Sentyabr 2026 | 16:25 | Müəllif: Gülşən Şərif

"Qarabağ"ın sabiq futbolçusu istefa verdi

"Qarabağ"ın sabiq futbolçusu Uroş Matiç Serbiyanın "Yedinstvo" klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, serbiyalı mütəxəssis "Napredak"a 1:2 hesablı məğlubiyyətdən sonra istefa verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Matiç məşqçilik fəaliyyətinə 2025-ci ilin yanvarında "Yedinstvo"da başlayıb. "Yedinstvo" Serbiya 1-ci liqasında 7 oyuna 4 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

37 yaşlı mütəxəssis futbolçu karyerasında 2020/21 mövsümündə "Qarabağ"ın formasını geyinib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR