• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

"Qarabağ"la oyun "Lion"un iki futbolçusu üçün əlamətdar ola bilər

İDMAN

27 Noyabr 2024 | 12:50

Qarabağla oyun Lionun iki futbolçusu üçün əlamətdar ola bilər

UEFA Avropa Liqasında "Qarabağ"la oyun Fransanın "Lion" klubunun iki futbolçusu üçün əlamətdar ola bilər.

Bakıvaxtı.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar hücumçu Aleksandr Lyakazett və qapıçı Lukas Perridir.

Fransalı forvard Bakıdakı qarşılaşmada meydana çıxacağı təqdirdə "Lion" forması ilə turnirdə 30-cu oyununu keçirəcək.

İlin əvvəlində transfer edilən braziliyalı qolkiper isə komandada ümumilikdə 20-ci görüşünü keçirə bilər.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" oyunu saat 21:45-də start götürəcək.


SON XƏBƏRLƏR

23 Aprel 2025