• Bakı C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Qardaşı arvadına 74 bıçaq zərbəsi vurub - TƏFƏRRÜAT

CƏMİYYƏT

20 Fevral 2026 | 09:44

Qardaşı arvadına 74 bıçaq zərbəsi vurub - TƏFƏRRÜAT

Ötən ilin avqustunda Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızını yaşadığı evdə bıçaqla qətlə yetirən 42 yaşlı Təhmasib Əliyevin məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində qardaşı arvadını xüsusi amansızlıqla öldürən şəxsə hökm oxunub.

Hökmə əsasən, T.Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Tərəflərin mübahisəsi isə Rəviyyə Nərimanovanın evin eyvanını təmizləyən zaman başlayıb. Belə ki, zibil tullantılarının Təhmasibin eyvanın altına yığdığı kəpək yeminin üzərinə tökülməsi sonuncunu özündən çıxarıb.
Mübahisənin gedişində Rəviyyə Nərimanova Təhmasib Əliyevə qarşı nalayiq sözlərdən istifadə edib. Təhmasib həmin gün sakitləşsə də, növbəti gecə ondan qisas almağa qərar verib.

Nəticədə o, sərxoş halda pəncərədən Rəviyyənin otağına daxil olaraq, yarıyuxulu, köməksiz vəziyyətdə olan qadını xüsusi amansızlıqla öldürüb. Hadisə zamanı Təhmasib qardaşı arvadına 74 bıçaq zərbəsi vurub.

Qeyd edək ki, hadisə baş verən an Rəviyyənin həyat yoldaşı Firdovsi Əliyev evdə olmayıb. O, gecə xırdabuynuzlu heyvan satmaq üçün Masallı bazarına gedibmiş.


SON XƏBƏRLƏR

19 Fevral 2026