• Bakı C

    9.61 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Qarlı havada maşın sürərkən nələrə diqqət edək? - TÖVSİYƏLƏR

CƏMİYYƏT

21 Fevral 2025 | 14:26

Qarlı havada maşın sürərkən nələrə diqqət edək? - TÖVSİYƏLƏR

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə şəxsi avtomobildən istifadə etməməyə çalışmaq, əgər yola çıxmısınızsa, zəruri ara məsafəsi saxlamaq, ötmə əməliyyatları və manevrlərdən çəkinmək, sürət həddinə ciddi riayət etmək qeyd olunub.

Bəs qarlı havalarda sürücülər avtomobilləri necə idarə etməlidir?

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən avtomobil ustası Sahil Ağabəyli bildirib ki, qarlı havalarda naşı sürücülər avtomobilləri bacardıqları qədər idarə etməməlidirlər, çünki hər sürücülük vəsiqəsi olan vətəndaş qarda maşın sürə bilmir. Bunun üçün xüsusi təcrübə lazımdır:

“Əsasən qarlı havalarda ən yaxşı sürüş edən avtomobillər sürətlər qutusu manual olsun, yəni mexaniki olsun. Mexaniki sürət qutusu olan avtomobilləri sürücü özü idarə etdiyi üçün qəzadan asanlıqla çıxmaq olur.

Avtomat sürətlər qutusu isə, adı üstündə avtomatik idarə olunan qurğudur. Bu isə bir az təhlükəlidir”.

Usta qeyd edib ki, hər iki halda sürücülər çox diqqətli olmalıdır.

“Bu havalarda şinləri zəif olan avtomobillərin sahibləri qəti çölə çıxmamalıdır. Qış şinlərindən istifadə edin, təkərlərin protektor dərinliyinin ən azı 4 mm olmasına diqqət etmək, şüşəsilən mayesini antifriz tərkibli məhlulla əvəz etmək lazımdır. Akkumulyatorun vəziyyətini yoxlayın, çünki soyuq hava onun gücünü azalda bilər, yanacaq çənini mümkün qədər dolu saxlayın, çünki uzun tıxaclarda qalmaq riski var".

Sahil Ağabəyli, avtomobil ustası

Müsahibimiz fövqəladə hallarda nə etmək lazım olduğundan da bəhs edib:

"Avtomobil sürüşməyə başlayarsa, sükana kəskin müdaxilə etmədən, avtomobilin istiqamətini düzəltməyə çalışın. Əgər nəqliyyat vasitəsi idarəetmədən çıxarsa, əyləci qəfil basmaq əvəzinə sükanı yavaş-yavaş istiqamətə uyğun çevirin. Hava şəraiti çox pisdirsə və təhlükəlidirsə, zəruri deyilsə, səyahətdən çəkinmək tövsiyə olunur".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

21 Fevral 2025