Qarpız müəyyən xəstəlikləri olan insanlar üçün zərərlidir.
Bakıvaxtı.az xəbər verir ki, qarpız urolitiyaz üçün təhlükəlidir.
Məlumata görə, qarpızın sidikqovucu təsiri daşın sidik axarına getməsinə səbəb ola bilər və böyrək kolikasına səbəb ola bilər.
Qeyd olunub ki, ishal və ya mədə-bağırsaq xəstəlikləri olanlar bu məhsuldan çəkinməlidirlər.
Həmçinin bildirilib ki, bədəndən suyun xaric olmasına mane olan ürək və böyrək xəstəlikləri olan insanlar da qarpızdan çəkinməlidirlər.
Şəkərli diabet xəstələri də qarpız yeməyə əks göstəriş olanlar siyahısına daxil edilib. Vurğulanıb ki, buna səbəb məhsulda çox miqdarda şəkərin olmasıdır.
Bundan əlavə, xroniki qəbizliyi olanlar da qarpız yeməkdən çəkinməlidir.
Mina Mikayılova