• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Azərbaycanda AĞIR QƏZA: Bir ailənin üç üzvü öldü - YENİLƏNİB + FOTO

HADİSƏ

29 Iyun 2024 | 23:13

Azərbaycanda AĞIR QƏZA: Bir ailənin üç üzvü öldü - YENİLƏNİB + FOTO

Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, iyunun 29-da saat 20 radələrində rayon ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.

Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

***22:30

Qaxda ağır yol qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qəza zamanı "Ford"la toqquşan "VAZ-21015"də olan digər sərnişin də xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Daha iki sərnişin isə xəstəxanada dünyasını dəyişib. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***21:13

Qaxda ağır yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qəza zamanı "Ford"la toqquşan "VAZ-21015"də olan digər sərnişin xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

***20:50

Qax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

01 Iyul 2024