• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qaxda ana və azyaşlı övladı yanıq xəsarətləri aldı

CƏMİYYƏT

26 May 2023 | 12:36

Qaxda ana və azyaşlı övladı yanıq xəsarətləri aldı

Qaxda ana və azyaşlı övladı yanıq xəsarətləri alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Marsan kəndində baş verib. Kənd sakini, 1994-cü il Nəsimət Zahid qızı Məmmədli yaşadığı evin həyətində ocaq qalayan zamanı ocağa benzin töküb. Anidən baş verən alov nəticəsində N. Məmmədli və yanında olan 6 yaşlı qızı Raziyə Məmmədli müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıblar. Ana və azyaşlı övladı Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026