• Bakı 23° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Qaxda avtomobillər toqquşdu, yeddi nəfər yaralandı

HADİSƏ

27 Iyul 2021 | 20:50

Qaxda avtomobillər toqquşdu, yeddi nəfər yaralandı

Qaxda iki minik avtomobili toqquşub, biri azyaşlı olmaqla yeddi nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun, Qax rayonuun  Qarabaldır kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticədə biri azyaşlı olmaqla ümumilikdə yeddi nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yaralılardan biri, körpə uşaq müayinə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Digər yaralıların  müayinəsi Qax RMX-da aparılır  və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026