• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Qazaxıstan-Əfqanıstan biznes forumunda 23 saziş imzalanıb

İQTİSADİYYAT

23 Oktyabr 2024 | 11:48

Qazaxıstan-Əfqanıstan biznes forumunda 23 saziş imzalanıb

Ötən gün Almatıda keçirilən Qazaxıstan-Əfqanıstan biznes forumunda ümumilikdə 317,6 milyon dollar dəyərində 23 saziş imzalanıb. 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, forum zamanı 6 Qazaxıstan şirkəti Əfqanıstan tərəfi ilə ümumi məbləği 37 milyon dollardan çox olan un və taxıl tədarükünə dair müqavilələr bağlayıb.

Bundan başqa, taxıl məhsullarının tədarükü ilə bağlı 179 milyon dollar dəyərində memorandumlar imzalanıb. İqtisadi əlaqələri gücləndirəcək və hər iki ölkə üçün yeni biznes imkanları açacaq günəbaxan və soyanın tədarükünə dair müqavilələr də imzalanıb.

Biznes forumda Qazaxıstan və Əfqanıstandan 300-dən çox nümayəndə iştirak edib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR