• Bakı 28° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Qazaxıstanda Qurultay seçkilərində seçici fəallığı 50%-i ötüb

DÜNYA

23 Avqust 2026 | 14:08

Qazaxıstanda Qurultay seçkilərində seçici fəallığı 50%-i ötüb

 Qazaxıstanın birpalatalı parlamenti - Qurultaya keçirilən seçkilərdə seçici fəallığı yerli vaxtla saat 14:00-a olan məlumata görə 50%-i ötüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının katibi Şavkat Utemisov məlumat verib.

Onun sözlərinə görə, saat 14:00-a ölkə üzrə 6 milyon 696 min 2 seçici bülleten alıb. Bu, seçici siyahısına daxil edilən vətəndaşların 53,12 faizini təşkil edib.

Ən aşağı seçici fəallığı ölkənin ən böyük şəhəri Almatıda qeydə alınıb - 30,36 faiz. Ən yüksək göstərici isə Qızılorda vilayətində olub - 64,22 faiz. Paytaxt Astanada seçicilərin 40,92 faizi səs verib.

Qeyd edək ki, Qazaxıstanda parlament seçkiləri üçün seçici fəallığı ilə bağlı minimum hədd müəyyən edilməyib. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq baş tutmuş hesab olunur.

Səsvermə yalnız partiya siyahıları üzrə keçirilir. Vətəndaşlar yeddi siyasi partiyadan birinə və ya bütün namizədlərin əleyhinə səs verə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026