• Bakı C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Qazaxıstan Baş Prokurorluğu qəzanın səbəblərinin təhqiqatını xüsusi nəzarətdə saxlayır - YENİLƏNİB

DÜNYA

25 Dekabr 2024 | 14:10

Qazaxıstan Baş Prokurorluğu qəzanın səbəblərinin təhqiqatını xüsusi nəzarətdə saxlayır - YENİLƏNİB

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi Qazaxıstan Baş Prokurorluğunun xüsusi nəzarətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri Baş Prokurorluğa istinadən məlumat yayıb.

Bildirilib ki, hava gəmisinin qəzasının hallarının araşdırılması üçün idarələrarası istintaq-əməliyyat qrupu yaradılıb.

Xüsusi prokurorların rəhbərliyi altında qrupa nəqliyyat prokurorluğu, DİN və FHN əməkdaşları daxildir.

Baş nəqliyyat prokuroru hökumət komissiyasının tərkibində hadisə yerinə göndərilib.

***

13:31

Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin təhqiqatına başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin, nəqliyyat polisi və prokurorluğun nümayəndələri gəlib.

Səbəblərin müəyyənləşdirilməsi davam edir, Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 344-cü maddəsi ("Ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması") üzrə məhkəməyə qədər təhqiqata başlanılıb.


SON XƏBƏRLƏR

25 Dekabr 2024