q
  • Bakı 14° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Qazaxıstandan gəlib arvadına mesaj yazan qonşusunu öldürdü

CƏMİYYƏT

24 Aprel 2026 | 14:17

Qazaxıstandan gəlib arvadına mesaj yazan qonşusunu öldürdü

Mingəçevirdə qonşusunun qətlində təqsirləndirilən Elvin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Rəsulov 9 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, E.Rəsulov işləmək üçün Qazaxıstana gedib. Həmin vaxt qonşusu Bəxtiyar Həsənli Elvin Rəsulovun həyat yoldaşına mesajlar yazıb, onunla münasibət qurmaq istəyib. B.Həsənli Elvinin həyat yoldaşına dəfələrlə mesaj yazıb, uşağını soruşmaq bəhanəsi ilə onu narahat edib. Daha sonra Bəxtiyar qadına Elvinin Qazaxıstanda qızlarla ona xəyanət etdiyini deyib və bu barədə ona Elvinin videolarını göndərib.

Həyat yoldaşı bu barədə Elvinə məlumat verib. Elvin Qazaxıstandan Mingəçevirə qayıdıb, Bəxtiyarı görüşə çağırıb. Görüş zamanı tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Elvin Bəxtiyarı bıçaqlayıb.

Bəxtiyar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, əməliyyatdan sonra xəstəxanada vəfat edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatla E.Rüstəmov saxlanılıb./Oxu.Az


SON XƏBƏRLƏR