Qazaxıstan müxtəlif ölkələrə taxıl ixracını artırır. 2025-ci ilin sentyabr-noyabr ayları arasında bu ölkə 2,6 milyon ton yeni yığılmış məhsul ixrac edib.
Bakıvaxtı.az Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, builki rəqəm ötən ilin eyni dövründəki 2,2 milyon ton taxıl ixracını üstələyir.
İxrac artımı bir sıra istiqamətlər, əsasən qonşu ölkələrlə bağlı müşahidə olunur.
Ən əhəmiyyətli artım olan ölkələrin adları çəkilib: Özbəkistana - 41% (872.000 tondan 1.232.000 tona), Qırğızıstana - 2,2 dəfə (32.000 tondan 73.000 tona), Azərbaycana - 30% (50.000 tondan 65.000 tona) və Əfqanıstana - 35% (100.000 tondan 135.000 tona) ixrac qeydə alınıb.
Bakı 



