• Bakı 19° C

    11.41 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Daha bir qrup xarici ölkə vətəndaşı İrandan təxliyə edilib - YENİLƏNİB

CƏMİYYƏT

14 Iyun 2025 | 12:45

Daha bir qrup xarici ölkə vətəndaşı İrandan təxliyə edilib - YENİLƏNİB

Daha bir qrup xarici ölkə vətəndaşı İrandan təxliyə edilib. 

Bakıvaxtı.az AZƏRTAC-a xəbər verir ki, xarici ölkə vətəndaşları Astara sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olublar.

Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsinə dair müraciət ediblər.

Qazaxıstanın 6 vətəndaşı öz ölkəsinə qayıtmaq üçün İrandan Azərbaycana kecib.

***

08:49

Bakıvaxti.az xəbər verir ki, Astara sərhəd gömrük buraxılış məntəqəsindən keçən qonaqlar onlar üçün hazırlanan çay süfrəsindən şirniyyat dadıb müvafiq pasport qeydiyyatından keçiblər.

Onlar Azərbaycana öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyəsi məqsədi ilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib.

Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə lazımı şərait yaradıb


SON XƏBƏRLƏR