• Bakı 18° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanıldı

HADİSƏ

19 Aprel 2024 | 09:10

Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir boruların oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xdmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nail Cəfərov və İlqar Rəhimov müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı hər ikisinin üzərindən metamfetamin aşkarlanaraq götürülüb. N.Cəfərov və İ.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.


SON XƏBƏRLƏR