• Bakı 21° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Qəbul nəticələri AÇIQLANDI

CƏMİYYƏT

04 Sentyabr 2026 | 20:57

Qəbul nəticələri AÇIQLANDI

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, qəbulun ikinci mərhələsində “portal.edu.az” platforması vasitəsilə 23 min 541 nəfər müsabiqədə iştirak edib. Onlardan 8 min 791 nəfəri müsabiqədən keçib.

Müsabiqədən uğurla keçən namizədlər sentyabrın 10-u saat 18:00-dək qəbul olunduqları peşə təhsili müəssisəsinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı əvvəlki illərin məzunları attestatın əslini, cari ilin məzunları isə elektron attestatın çap olunmuş nüsxəsini təqdim etməlidirlər.

Bundan əlavə, sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış, şəxsi kabinetdən avtomatik çıxarılan ərizə nümunəsi, 3x4 santimetr ölçüdə 4 ədəd fotoşəkil, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi, güzəştli şərtlərlə qəbul olunanlar isə müvafiq təsdiqedici sənədlər təqdim olunmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR