• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Qərb Rusiyanı sanksiyalarla zəiflədə bilməyəcək" - Lavrov

DÜNYA

30 Aprel 2022 | 15:20 | Müəllif: Subhan Mahmudov

"Qərb Rusiyanı sanksiyalarla zəiflədə bilməyəcək" - Lavrov

Qərb ölkələri gizlətmir ki, sanksiyaların məqsədi Rusiya iqtisadiyyatını "boğmaq", onun rəqabət qabiliyyətini zəiflətmək və ölkənin gələcək mütərəqqi inkişafına mane olmaqdır.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bu rusofob xətt nəinki heç nə ilə əsaslandırıla bilməz, onun həm də perspektivi yoxdur. Prezident Putinin qeyd etdiyi kimi, Rusiya bu görünməmiş təzyiqə tab gətirdi. İndi vəziyyət sabitləşir, baxmayaraq, təbii ki, bütün risklər artıq keçməyib. Bütün hallarda, bizi zəiflədə bilməyəcəklər", - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, Rusiya əleyhinə sanksiyalar Avropa ölkələrinin vətəndaşlarına zərbə vurur, lakin bu, Qərb hakimiyyətini narahat etmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026