• Bakı 19° C

    8.51 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Qərbi Azərbaycana qayıdış üçün Zəngəzur dəhlizinin açılması şərtdir

SİYASƏT

18 Aprel 2024 | 11:31

Qərbi Azərbaycana qayıdış üçün Zəngəzur dəhlizinin açılması şərtdir

"Qərbi Azərbaycana qayıdışın reallaşması, Zəngəzur dəhlizinin açılmasından asıllığı" mövzusunda vətəndaşlar arasında sorğu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu “...Biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq...” İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti” adlı konfransda Milli Məclisin deputatı, STM-nin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Sorğunun nəticələrinə görə, respondentlərin 76,9%-i Qərbi Azərbaycana qayıdış üçün Zəngəzur dəhlizinin açılmasını şərt hesab edir.

18,8% sorğu iştirakçısına görə, Qərbi Azərbaycana qayıdış Zəngəzur dəhlizi açılmadan da mümkün ola bilər.

Rəyi alınanların 4,3%-i isə “cavab verməkdə çətinlik çəkirəm” cavabını verib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 Aprel 2024