• Bakı C

    11.98 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

Qeyri-sabit hava şəraiti Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib

CƏMİYYƏT

08 Fevral 2025 | 12:12

Qeyri-sabit hava şəraiti Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib

Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda indiyə kimi uçuş cədvəlinə təsir edən hər hansı gecikmə və ya ləğv olunmuş reys qeydə alınmayıb.

Bakıvaxtı.az bu barədə aeroporta istinadən xəbər verir.

Məlumata görə, uçuşların təhlükəsizliyi tam təmin olunaraq bütün reyslər cədvəl üzrə həyata keçirilir.

Uçuşu olan sərnişinlərə hava şəraitini və nəqliyyat idarəetməsində yarana biləcək çətinlikləri nəzərə alaraq hava limanına gəliş vaxtlarını əvvəlcədən planlamaları tövsiyə olunur.

Hava limanı ərazisində müşahidə olunan güclü külək səbəbindən sərnişinlər və ziyarətçilər açıq havada ehtiyac olmadıqca uzun müddət qalmamağa çağırılır.

Qeyd edək ki, qeyri-sabit hava ilə bağlı mümkün dəyişikliklər olarsa, sərnişinlərə hava limanının və aviaşirkətlərin rəsmi kanalları vasitəsilə əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR