• Bakı 15° C

    0.9 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Qəzaların tez-tez baş verdiyi prospektdə YENİLİK - VİDEO

CƏMİYYƏT

29 Noyabr 2024 | 10:47

Qəzaların tez-tez baş verdiyi prospektdə YENİLİK - VİDEO

Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi 8 Noyabr prospektində piyada və sürücülərin təhlükəsizliyi məqsədilə yeni svetoforlar quraşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Qeyd olunub ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 8 Noyabr prospektinin müxtəlif hissələrində ümumilikdə 70 avtomobil, 48 piyada svetoforları quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib. Layihə çərçivəsində Mərkəzin əməkdaşları tərəfindən prospektdə kabel-kommunikasiya xətlərinin yenilənməsi işləri də aparılıb.

     


    SON XƏBƏRLƏR

    24 Aprel 2025