• Bakı 16° C

    2.04 m/s

QİÇS-ə yoluxan qadın sağlam uşaq dünyaya gətirə bilər?

CƏMİYYƏT

01 Dekabr 2023 | 11:00

QİÇS-ə yoluxan qadın sağlam uşaq dünyaya gətirə bilər?

"Azərbaycanda İİV-infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) uğurlu şəkildə həyata keçirilir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.

"Belə ki, son 5 il ərzində qeydiyyata götürülən və antiretrovirus terapiya qəbul edən hamilələrdə virusun uşağa ötürülmə halı qeydə alınmayıb.
Hər bir hamilə qadın mütləq şəkildə qadın məsləhətxanalarında qeydiyyata durmalı və İİV-ə müayinələrdən keçməlidirlər", - deyə həkim qeyd edib.

G.Cəfərova vurğulayıb ki, hamilə qadın antiretrovirus terapiya qəbul etdiyi təqdirdə virus yükü qanda təqdim edilməyəcək səviyyəyə qədər enir və dölün yoluxma ehtimalı azalır: "Qeydiyyatda olan hər bir qadın hamiləlik planlaşdırmadan öncə mütləq şəkildə davamlı antiretrovirus prepratları qəbul etməlidir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR