• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qırğızıstan hökuməti bayrağın dəyişdirilməsinə razılıq verib

DÜNYA

04 Dekabr 2023 | 19:41

Qırğızıstan hökuməti bayrağın dəyişdirilməsinə razılıq verib

Qırğızıstan hökuməti respublikanın dövlət bayrağının görünüşünün dəyişdirilməsi ilə bağlı qanun layihəsinə müsbət rəy verib.

Bakıvaxtı.az xəbər verir ki, orada təsvir edilən günəşin günəbaxanla oxşarlığına görə günəş şüalarının formasını dalğavaridən düzə dəyişdirmək təklif edilir.

Qanun layihəsində deyilir: “Qırğızıstan Respublikasının bayrağındakı şüaların formasının dalğalıdan açıq şəkildə günəş şüalarına bənzəyən formaya dəyişdirilməsi təklif edilir”.

Müəlliflər vurğulayırlar ki, bu dövlət bayrağını hazırlayan müəlliflər ilkin mərhələdə yeni eskizin hazırlanmasına cəlb olunublar. Lazımi riyazi hesablamalar aparıblar, çertyojlar çəkiblər və müvafiq işlər görüblər.

Qırğızıstanın hazırkı bayrağı 1992-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra təsdiq edilib.

Bayrağın dizaynının dəyişdirilməsi ilə bağlı qanun layihəsi noyabrın 28-də Qırğızıstan parlamenti tərəfindən birinci oxunuşda qəbul edilib. Qanunvericilər hesab edirlər ki, indi şüalar daha çox günəbaxanla əlaqələndirilir, düz forma isə günəşə daha çox bənzəyəcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024