• Bakı 19° C

    2.13 m/s

Qırğızıstan Prezidenti Azərbaycana gələcək

SİYASƏT

21 Dekabr 2021 | 12:55 | Müəllif: Qalib İbrahimoğlu

Qırğızıstan Prezidenti Azərbaycana gələcək

“Azərbaycan və Qırğızıstan arasında Strateji tərəfdaşlıq haqqında saziş üzərində iş gedir”.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev 2022-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Səfir deyib ki, noyabrın 20-də Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində iki ölkə prezidentlərinin görüşü keçirilib: “Gələn ilin aprel-may aylarında Qırğızıstanın Prezidentinin Azərbaycana səfəri gözlənilir. Bu səfər zamanı Strateji tərəfdaşlıq haqqında saziş də imzalanacaq”.

Diplomat vurğulayıb ki, 2022-ci ildə Azərbaycan Prezidentinin də Qırğızıstana səfəri gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR