• Bakı 23° C

    12.88 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Qırğızıstanda ilk görüş onunla oldu

DÜNYA

31 Avqust 2026 | 09:29

Qırğızıstanda ilk görüş onunla oldu

31 avqustda Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarov və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında rəsmi görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mərasim zamanı Japarov Si Cinpini dostu adlandırıb: 

"Sizi qonaqpərvər Qırğızıstan torpağında salamlamaqdan məmnunam. Qırğızıstana dövlət səfərinə dəvətimi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Qırğızıstan Respublikasının müstəqilliyinin 35-ci ildönümündə sizi salamlamaq bizim üçün böyük şərəfdir", - deyə o qeyd edib. 

Si Cinpin Qırğızıstanda dövlət səfərindədir. O, həmçinin ŞƏT Dövlət Başçıları Şurasının iclasında və "ŞƏT+" formatında görüşdə iştirak edəcək.

Günün əvvəlində iki ölkə liderləri, həyat yoldaşları Aygül Japarova və Pen Liyuanın müşayiəti ilə şam yeməyində qeyri-rəsmi görüş keçiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026