• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qırğızıstanda ölünün yandırılmasına icazə verildi

DÜNYA

29 Fevral 2024 | 23:02 | Müəllif: Subhan Mahmudov

Qırğızıstanda ölünün yandırılmasına icazə verildi

Qırğızıstanın şəhərlərində dövlət krematoriyaları tikiləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Joqorku Keneşin (dövlət qanunverici orqanı - red.) deputatı Marlen Mamatəliyev məlumat verib.

O, krematoriyalarla bağlı bəndin bu yaxınlarda qəbul edilmiş "Dəfn və dəfn işləri haqqında" Qanunda olduğunu bildirib.

"Bizdə elə insanlar var ki, öldükdən sonra yandırılmağını istəyirlər. Yeni qanun krematoriyaların tikilməsini nəzərdə tutur. Onlarda təkcə insanların cəsədlərini deyil, bəzi xəstəlikləri olan ölü heyvanları da yandıracaqlar", - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, krematoriyalar dövlət hesabına və yalnız şəhərlərdə tikiləcək, lakin hələlik dəqiq sayı məlum deyil.

"Altı ay ərzində əlavə hüquqi akt və qaydalar qəbul ediləcək. Şəxsin yandırılması proseduru müəyyən yoxlamadan keçir. Krematoriyaların işinə dövlət qurumları nəzarət edəcək", - Mamatəliyev qeyd edib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026