• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qırğızıstandan Antalyaya uçan təyyarə Bakıya təcili eniş etdi

Gündəm

13 Avqust 2022 | 10:18

Qırğızıstandan Antalyaya uçan təyyarə Bakıya təcili eniş etdi

“Türk Hava Yolları” aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, “Boeing B737” təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.

Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.


SON XƏBƏRLƏR

26 Aprel 2024