• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Qiymət fərqindən yığımlar üzrə proqnoz azaldılıb

CƏMİYYƏT

16 Oktyabr 2024 | 14:17

Qiymət fərqindən yığımlar üzrə proqnoz azaldılıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 166 milyon manatının və yaxud 0,4 %-nin ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,6 azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.


SON XƏBƏRLƏR