• Bakı C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Qiymətli metal və daşlara dair yeni dövlət standartı qəbul ediləcək

CƏMİYYƏT

11 Mart 2026 | 12:51

Qiymətli metal və daşlara dair yeni dövlət standartı qəbul ediləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzində (İMEM) “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND TK/36) növbəti iclası keçirilib. İclas zamanı AZSTAND TK/36-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub, görülmüş işlər ətrafında müzakirələr aparılıb. Bundan əlavə, sözügedən Texniki Komitənin tərkibində struktur dəyişiklikləri ilə bağlı təkliflərə baxılıb, yeni üzv və məsul katib seçilib.

AZSTAND-dan Bakıvaxtı.az-a bildirilib ki, daha sonra komitə üzvləri tərəfindən cari ilin Fəaliyyət Planının əsas istiqamətləri və nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb. Sonda EN 12472 “Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkar edilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyası üsulu” dövlət standartının qəbul olunması məsələsi ilə bağlı qərar verilib.

Qeyd edək ki, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən qiymətli metallar və qiymətli daşlar sahəsi üzrə dövlət, ilkin, beynəlxalq, regional və dövlətlərarası standartların hazırlanması və maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə təsis edilib.


SON XƏBƏRLƏR

10 Mart 2026