• Bakı 19° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

"Qızıl Top”da 2026-cı ilin favorit adları açıqlandı

İDMAN

07 Oktyabr 2025 | 22:46

Qızıl Top”da 2026-cı ilin favorit adları açıqlandı

2026-cı il üçün “Qızıl Top” mükafatına iddiaçı futbolçuların ilk reytinq siyahısı təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Give Me Sport” portalı məlumat yayıb.

Qeyd olunub ki, siyahıya “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe başçılıq edir.

İkinci yerdə “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal, üçüncü yerdə isə “Bavariya”nın ingiltərəli hücumçusu Harri Keyn qərarlaşıb.

2025-ci ilin qalibi Usman Dembele dördüncü, “Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Pedri isə ilk beşliyi tamamlayır.

İlk onluğa həmçinin Erlinq Haaland, Cud Bellinqem, Məhəmməd Salah, Vinisius Junior və Rodri daxildir. Lionel Messi 16-cı, Kriştiano Ronaldo isə 20-ci yerdə qərarlaşıb.


SON XƏBƏRLƏR

07 Oktyabr 2025