• Bakı 22° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Qızıl və gümüş rekord səviyyədə bahalaşdı

İQTİSADİYYAT

13 Oktyabr 2025 | 09:02

Qızıl və gümüş rekord səviyyədə bahalaşdı

ABŞ ilə Çin arasında ticarət gərginliyinin yenidən artması və ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaldacağı gözləntiləri fonunda artan “təhlükəsiz liman” tələbi qızılın qiymətini rekord həddə qaldırıb. Gümüşün qiyməti də tarixdə ən yüksək səviyyəyə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.86% artaraq 4075 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 4.53% artaraq 49.38 ABŞ dolları təşkil edib.


SON XƏBƏRLƏR

12 Oktyabr 2025