• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Qızılağac parkında qanunsuz ov edən şəxs saxlanıldı

CƏMİYYƏT

04 Fevral 2025 | 19:34

Qızılağac parkında qanunsuz ov edən şəxs saxlanıldı

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin  Masallı rayonu Qızılağac kənd sakini Kərim Quliyev olduğu məlum olub və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.


SON XƏBƏRLƏR

04 Fevral 2025