• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qızılcalı uşaqlar niyə ölür? – İnfeksionist AÇIQLADI

CƏMİYYƏT

12 Fevral 2024 | 11:56

Qızılcalı uşaqlar niyə ölür? – İnfeksionist AÇIQLADI

Koronavirusdan sonra Azərbaycanda insanları təşvişə salan xəstəlik qızılca oldu. Hazırda qızılcaya yoluxmalar xeyli artıb.

Bakıvaxtı.az bildirir ki, yoluxmalar artdıqca uşaqların ölüm xəbərləri də gəlməkdə davam edir. Təkcə son aylarda ölkədə 10-dan çox uşaq qızılcadan ölüb.

Qeyd edək ki, qızılca əsrlər boyu öldürücü xəstəliklər sırasına aid olsa da, son dövrlər peyvəndlər sayəsində öldürücülük funksiyasını itirmişdi.

Bəs tibbin bu qədər inkişaf etdiyi bir vaxtda qızılcadan ölümlərin səbəbi nədir?

İnfeksionist Ləman Qalimova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qızılca viral bir xəstəlikdir. Onun sözlərinə görə, bu xəstəliyin xüsusi bir müalicə sistemi yoxdur, sadəcə simptomatik müalicəsinə başlanılır:

L.Qalimova vurğöulayıb ki, qızılca mütləq qan dəyərlərinə baxılaraq müalicə olunmalıdır:

“Hər hansı ağırlaşma, orqanlarda zədələnmə olarsa, onlara da müalicə prinsipləri çərçivəsində müdaxilə olunmalıdır. Qızılcaya görə qaraciyər zədələnibsə, istifadə edilən dərmanların qızılcaya heç bir təsiri olmamalıdır”.

Ləman Qalimova: Qızılca mütləq qan dəyərlərinə baxılaraq müalicə olunmalıdır

Həkimin sözlərinə görə, ölüm halları qızılca ağırlaşdığı üçün olur:

“Səbəb uşaq və böyüklərdə qızılcanın müalicəsində istifadə olunan dərmanlarda deyil. Səbəblər xəstənin yanaşı xəstəliyinin olması, immunitetinin aşağı olması, həkimə gec müraciət edilməsi ola bilər”.

“Qeyd etdiyim səbəblərdən baş verən ağırlaşmalar ölümlə nəticələnə bilir”, - deyə Ləman Qalimova qeyd edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Iyul 2024