• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Qlobal iqlim dəyişmələrinin təsiri: İsti günlər bir qədər davamlı olacaq

CƏMİYYƏT

28 Iyun 2024 | 14:24

Qlobal iqlim dəyişmələrinin təsiri: İsti günlər bir qədər davamlı olacaq

Qlobal iqlim dəyişmələrinin təsiri iyul ayında da ölkəmizdən yan keçməyəcək.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Verilən məlumata görə, bu təsir əsas temperatur rejimində öz əksini tapacaq. İsti hava dalğalarının təsiri nəticəsində ötən illərə nisbətən bu ilin yayında isti günlərin bir qədər davamlı olacağı ehtimalı çoxdur.

Iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir qədər çox olacağı ehtimal olunur.


SON XƏBƏRLƏR

29 Iyun 2024