• Bakı 21° C

    11.41 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Qobustanda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn olunub – YENİLƏNİB

CƏMİYYƏT

12 Sentyabr 2025 | 15:42

Qobustanda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn olunub – YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan şəhid Cəlal Xankişi oğlu Abdullayev dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, Cəlal Abdullayev 1971-ci il avqustun 24-də Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. C.Abdullayev 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi ərazisində itkin düşmüş sayılırdı.

***

13:36

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan şəhid Cəlal Xankişi oğlu Abdullayevlə vida mərasimi keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, mərhumun ailə üzvlərinə məxsus evdə keçirilən mərasimdə şəhidin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Şəhidin nəşinin qalıqları Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. 

SON XƏBƏRLƏR