• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Qrossi İran, Rusiya və Çin nümayəndələri ilə birgə toplantı keçirib

DÜNYA

24 Aprel 2025 | 15:30

Qrossi İran, Rusiya və Çin nümayəndələri ilə birgə toplantı keçirib

İran, Rusiya və Çin nümayəndələri Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüblər.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Tasnim” agentlyi yayıb.

Bildirilib ki, görüşdə İranın nüvə proqramına dair məsələlər müzakirə olunub.

Məlumata görə, toplantıda ABŞ ilə İran arasında keçirilən diplomatik görüşlərə dəstək məqsədilə əməkdaşlığın və dialoqun davam etdirilməsinə əhəmiyyət verilib. Bu istiqamətdə AEBA-nın peşəkar və konstruktiv rol oynamaq imkanına xüsusi diqqət ayrılıb.


SON XƏBƏRLƏR