Quba ASAN xidmətə 2 milyon müraciət qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ASAN xidmətin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Niftəliyev bildirib.
Məlumata görə, Quba regional ASAN xidmət mərkəzi gün ərzində 1500-2000 arasında vətəndaşa operativ və şəffaf şəkildə xidmət göstərir.
E.Niftəliyevin sözlərinə görə, Quba ASAN xidmət təkcə Quba rayonu ilə məhdudlaşmır – ətraf rayonlardan gələn vətəndaşlar da bu mərkəzdə rahatlıqla dövlət xidmətlərindən yararlanır. Vətəndaş məmnuniyyətinin yüksək olması isə ASAN brendinə olan etimadın göstəricisidir.
Qeyd edək ki, Quba mərkəzi 2017-ci ildən fəaliyyət göstərir.
Əli Hüseynov