• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qubada kanaldan çıxarılan maral nəzarətə götürüldü - FOTO

CƏMİYYƏT

27 Oktyabr 2024 | 18:46 | Müəllif: Subhan Mahmudov

Qubada kanaldan çıxarılan maral nəzarətə götürüldü - FOTO

"Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən Samur-Abşeron su kanalına düşən və vətəndaşlardan daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılan maralın həyatı təhlükəsi yoxdur".

Bu barədə Bakıvaxtı.az-a ETSN-dən bildirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, kanaldan çıxarılan maral Şahdağ Milli Parkının əməkdaşlarına təhvil verilib və milli parkın İsmayıllı bölməsinə gətirilib.

"Maral baytar həkim tərəfindən müayinə olunub, vəziyyəti normaldır və nəzarət altında saxlanılır”, - o əlavə edib.


Qubada kanaldan çıxarılan maral nəzarətə götürüldü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026