• Bakı 12° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

Qüdsdə 200 min yəhudi nümayişə qalxdı: Orduya qoşulmuruq!

DÜNYA

30 Oktyabr 2025 | 22:44

Qüdsdə 200 min yəhudi nümayişə qalxdı: Orduya qoşulmuruq!

On minlərlə ultra-ortodoks yəhudi məcburi hərbi çağırışa etiraz etmək üçün Qüds küçələrinə axışıb.

Bakıvaxtı.az "Ynet" portalına istinadən xəbər verir ki, mitinqə təxminən 200 min iştirakçı qatılıb.

"Milyonların yürüşü" adlandırılan nümayişdə hökumətdən ortodokslar, xüsusən də hazırda hərbi xidmətdən azad olan dini məktəblərdə oxuyan tələbələr üçün məcburi hərbi xidmətin tətbiqi ideyasından imtina etməsi tələb olunur.

Etirazçılarla polis, jurnalistlər və digər şəxslər arasında qarşıdurma yaşanıb.

Bir neçə yerdə nümayişçilər kütləvi şəkildə binaların damlarına, yaxınlıqdakı tikinti kranına dırmaşıblar. Nəticədə 15 yaşlı fəal böyük hündürlükdən yıxılaraq ölüb.

Bundan sonra nümayiş tədricən başa çatıb.


SON XƏBƏRLƏR

30 Oktyabr 2025