• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?

CƏMİYYƏT

26 May 2024 | 09:33

Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?

İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq.

Bakıvaxtı.az xəbər verir ki, 15 iyun – Qurtuluş günü, 16 və 17 iyun isə Qurban bayramı qeyd olunacaq.

Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 15-16 iyun tarixləri şənbə və bazar olduğu və bayram günlərinə düşdüyü üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.

Yəni 15, 16, 17, 18 və 19 iyun – ardıcıl 5 gün qeyri-iş günləridir.


SON XƏBƏRLƏR

16 Iyun 2024