• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qurban Qurbanov: "Azlıqda qalanda komandanın xarakteri üzə çıxır"

İDMAN

16 Fevral 2025 | 21:50 | Müəllif: Subhan Mahmudov

Qurban Qurbanov: "Azlıqda qalanda komandanın xarakteri üzə çıxır"

Vacib qalibiyyət əldə etdik. Azlıqda qalanda komandanın xarakteri üzə çıxır.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis futbolçularını təbrik edib:

“Oyunçular uduzmaq istəmirdilər. Yaxşı və baxımlı matç alınıb. “Neftçi”yə uğurlar arzulayıram”.

O, Kevin Medinanın qırmızı vərəqə alması barədə də danışıb:

“Bu cür qarşılaşmalarda sərt hərəkət etmək olmaz. Fanatlar da nalayiq ifadələr işlədib, bu da təsir edib. Hamı fikirləşməlidir ki, futbol kollektiv oyunudur. Futbolun digər gözəlliyi də budur. 10 nəfərlə qalibiyyət əldə etdik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026