• Bakı 19° C

    0.61 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Qurban Qurbanov "Beşiktaş"a mümkün keçidindən DANIŞDI

İDMAN

20 Aprel 2024 | 21:04

Qurban Qurbanov Beşiktaşa mümkün keçidindən DANIŞDI

"Qarabağ” Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanında “Qəbələ” ilə 2:2 hesablı heç-heçə edib.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Bir neçə mövqe səhvlərinə yol verdik. “Qəbələ”yə uğurlar arzulayıram.

- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nələrdir?

- Sumqayıtda oynamaq həmişə xoş olub. “Sumqayıt” çox yaxşı oyun göstərir. Maraqlı oyun olacaq. Yeni stadionda heç olmamışıq. İnanıram ki, azarkeşlər üçün yaxşı oyun olacaq.

- “Beşiktaş” rəsmisi açıqlayıb ki, baş məşqçi postuna namizədlər arasında sizin də adınız var. Sizə müraciət olunub?

 

- Çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki bildirilən hər fikir əlavə suallar doğurur.

- Heyəti qurmağa daha çox vaxt sərf edirsiniz, yoxsa yeni oyunçular axtarmağa?

- Vaxt eyni olaraq qalır. İş saatım eynidir. Amma bəzi detallar var ki, onlara daha çox vaxt ayırırığ. Çalışırıq ki, rotasiyalar edək, hər futbolçunun oyun təcrübəsi olsun.

- Rəşad Sadıqov bildirib ki, gələcəkdə “Qarabağ”ın baş məşqçisi olmaq istəyir. Buna münasibətiniz necədir?

- Çox yaxşı, çox xoş. Hər kəsə uğurlar arzulayıram.(Sportal.az)


SON XƏBƏRLƏR

25 May 2024