• Bakı 24° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"

İDMAN

27 Noyabr 2024 | 13:41

Qurban Qurbanov: Lion çox keyfiyyətli komandadır

Çox keyfiyyətli komandaya qarşı oynayacağıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Lion"la (Fransa) oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

Mütəxəssis komandanın sabahkı görüşə hazırlığını dəyərləndirib:

"Vacib oyundur, pis hazırlaşmamışıq. Çox istəyirik ki azarkeşlərimizi sevindirək və uğurlu çıxış edək. Rəqibin heyətinə baxmışıq. Özümüzlə bağlı müəyyən sual doğuran məsələlər var. Böhran oldu-olmadı istənilən komandaya qarşı hazırlaşırıq. Bu cür klubların maliyyə böhranının yoluna qoyulmasında problem görmürəm. Böyük klublarda da böhran olur. Məncə, belə fikirlərdən uzaq olmaq lazımdır".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.


SON XƏBƏRLƏR

28 Iyun 2025