• Bakı 12° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Quterreş qlobal fəlakətin qarşısının alınması yollarını açıqladı

DÜNYA

10 Fevral 2026 | 01:00

Quterreş qlobal fəlakətin qarşısının alınması yollarını açıqladı

BMT-nin baş katibi Antonio Quterreş ekoloji böhran və artan bərabərsizliyin yaratdığı qlobal fəlakətin qarşısını almaq üçün ölkələrin ümumi daxili məhsulu (ÜDM) milli rifahın yeganə göstəricisi kimi qəbul etməməli olduqlarını bildirib.

Bakıvaxtı.az  xəbər verir ki, o, bu fikirləri "The Guardian" qəzetinə müsahibəsində səsləndirib. Quterreş qeyd edib ki, rifahın qiymətləndirilməsi modeli insanların həqiqətən vacib hesab etdiyi dəyərləri əks etdirməlidir.

Onun sözlərinə görə, ÜDM-in artırılması naminə təbiətə ciddi ziyan vurulur, meşələr qırılır, balıq ehtiyatları məhv edilir. BMT baş katibi yeni iqtisadi modelin hansı göstəricilərə əsaslanmalı olduğunu isə açıqlamayıb.


SON XƏBƏRLƏR

03 Aprel 2026