• Bakı 21° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

“Rabitəbank”ın “Rezervuar Metal Konstruksiya”ya qarşı iddiası araşdırılacaq 

CƏMİYYƏT

01 Iyun 2023 | 14:46

“Rabitəbank”ın “Rezervuar Metal Konstruksiya”ya qarşı iddiası araşdırılacaq 

“Rezervuar Metal Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, “Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Kommersiya Məhkəməsində “Rezervuar Metal Konstruksiya” MMC-yə qarşı iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

Kommersiya mübahisəsi hakim Zülfüqar Sadiqovun sədrliyi ilə araşdırılacaq.

Zavod müəyyən illər ərzində “Aznefteximmontaj”, ”Sumqayıt quraşdırma tədarüklər zavodu”, “Sumqayıt - metal - konstruksiya” və ən sonda “Rezervuar Metal Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti adını alıb. Zavodun xidmət sahəsi rezervuar və metal konstrusiya işlərinin həyata keçirməkdir.   

İbRa 


SON XƏBƏRLƏR

08 May 2025