• Bakı 16° C

    12.78 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı

CƏMİYYƏT

03 Aprel 2024 | 03:41

Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 24-cü günüdür.

Bakıvaxtı.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 3-də imsak vaxtı saat 04:53-də, iftar vaxtı isə 19:22-dədir.

24-cü günün imsak duası:

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!


SON XƏBƏRLƏR

20 Aprel 2024