• Bakı 14° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq - YENİLƏNİB

SİYASƏT

10 Oktyabr 2025 | 12:45

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq - YENİLƏNİB

Milli Məclisin üzvü Ramil Həsənin mandatına xitam verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq qurumdan bildirilib.

Qeyd olunub ki, MSK yaxın günlərdə bununla bağlı iclas keçirəcək və müvafiq qərar qəbul edəcək.

***

12:04

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.

Bakıvaxtı.az xəbər verir ki, Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib.

Bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub.

Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub.


SON XƏBƏRLƏR