• Bakı C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.7778

    RUB - 1.8586

Rasim Balayev uşaq kinosu ilə bağlı Baş nazirə müraciət ünvanlayıb

ŞOU

15 Fevral 2025 | 15:42

Rasim Balayev uşaq kinosu ilə bağlı Baş nazirə müraciət ünvanlayıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Azərbaycan Kinematoqrafçılar İttifaqının 26.09.2024 tarixli iclasında uşaq kinosunun durumu da müzakirəyə çıxarıb.

Onun sözlərinə görə, iclasın yekun bəyanatında Uşaq kinosunun inkişafı Dövlət Proqramının qəbul edilməsi təşəbbüsü öz əksini tapıb:

"Uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayı yox dərəcəsindədir: son otuz ildə bu istiqamətdə dövlət dəstəyilə cəmi beş tammetrajlı bədii film çəkilib. Bu müddət ərzində çəkilən animasiya filmlərinin sayı isə orta hesabla ilə bir film təşkil edir. Bununla yanaşı, uşaq və yeniyetmələrin Azərbaycan kinosunun Qızıl fonduna daxil olan filmləri ilə tanışlığı da aşağı səviyyədədir".

AKİ sədri müraciətdə qeyd edib ki, Dövlət Proqramın məqsədi, uşaq və yeniyetmələrə ünvanlanmış, onların milli ruhda tərbiyələnməsinə xidmət edən filmlərin çəkilməsi, bu filmlərin ünvanına çatdırılması üçün təhsil və kino sahəsi üzrə aidiyyəti qurumların birgə işinin təmin edilməsidir: "Kinomuzun Qızıl fonduna daxil olan filmlərinin nümayişlərinin sistemli təşkili, animasiya filmlərimizin qənaətbəxş səviyyəyə qalxması, animasiya istehsalı üçün kadrların hazırlığı, azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş kino zallarının təşkili, məktəblərdə film nümayişi üçün texniki imkanların artması Proqramın əsas vəzifələrindən olmalıdır. Özəl prodüserlərin və investorların bu sahədə passivliyi səbəbindən uşaq və yeniyetmələrə ünvanlanmış bədii və animasiya filmləri çəkən, dövlət tərəfindən dəstəklənən film studiyası da Proqram çərçivəsində yaradıla bilər. Bu studiyanın, fəaliyyətlərini faktiki dayandırmış “Azanfilm” və “Yaddaş” studiyalarının bazasında yaranması məqsədəuyğun olardı”.


SON XƏBƏRLƏR

18 Fevral 2025