• Bakı 25° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

"Qidalanmanın 70%-i meyvə-tərəvəz olmalıdır" - XƏBƏRDARLIQ

CƏMİYYƏT

02 Sentyabr 2026 | 15:08

"Qidalanmanın 70%-i meyvə-tərəvəz olmalıdır" - XƏBƏRDARLIQ

“Sağlam qidalanmada meyvə-tərəvəz əsas yer tutmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Mütəxəssis bildirib ki, sağlam qidalanma dedikdə orqanizmin normal fəaliyyəti və inkişafı üçün zəruri olan vitamin, mineral, karbohidrat, yağ və zülallarla təmin olunması nəzərdə tutulur.

Onun sözlərinə görə, sağlam qida rasionunda meyvə və tərəvəzlər mühüm yer tutmalıdır. Terapevt xüsusilə mövsümi və yerli tərəvəzlərə üstünlük verilməsini tövsiyə edib:

“Sağlam qidalanmanın 60-70 faizini meyvə-tərəvəz təşkil etməlidir. Əsasən mövsümi tərəvəzlərdən, yerli məhsullardan istifadə etmək məsləhətdir. Tərəvəzlərin təzə və bişmiş halda qəbul olunması daha məqsədəuyğundur”.

G.İsmayılova qidalanma rejiminə də diqqət yetirməyin vacibliyini vurğulayıb. O qeyd edib ki, gün ərzində qida qəbulu düzgün bölüşdürülməlidir. Belə ki, səhər yeməyi daha geniş, günorta qəbulu nisbətən az, axşam yeməyi isə daha yüngül olmalıdır.

Terapevt həmçinin su qəbulunun sağlam qidalanmanın vacib hissələrindən biri olduğunu bildirib. Onun sözlərinə görə, havaların soyuması ilə insanların suya olan tələbatı azalsa da, bu, kifayət qədər maye qəbuluna ehtiyacın aradan qalxdığı anlamına gəlmir.

“Ən azı sutka ərzində orta hesabla 1,5-2 litr su qəbul olunmalıdır”, - deyə mütəxəssis əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR