İspaniyanın "Real" klubunun rəhbərliyi klublararası dünya çempionatının qalibi olacaqları təqdirdə hər futbolçuya 1 milyon avro mükafat verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin AS nəşri məlumat yayıb.
Madrid təmsilçisinin rəhbərliyi yeni formatda keçirilən ilk yarışda qalib gəlmək istəyir.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.